AUT.AZ

Onu kim buraxar? – Daha yaxşı məvacib təklif edir

“Napoli”nin sahibi Aurelio De Laurentis Luçano Spalletti ilə tərəfdaşlığı uzatmaq istəyir.

Aut.az xəbər verir ki, yeni müqavilədə məşqçinin maaşının artırılması da planlaşdırılır. Bu barədə “Gazzetta dello Sport” yazır.

64 yaşlı italiyalı mütəxəssis 2021-ci ilin yayında “Napoli”yə rəhbərlik edir. Komanda 27 turdan sonra ən yaxın rəqibi “Latsio”nu 19 xal qabaqlayaraq, İtaliya çempionatına başçılıq edir.

Spallettinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır və “Napoli” onun qalacağına zəmanət almaq istəyir. De Laurentis cari müqavilədə bir illik avtomatik yeniləmə opsiyasından yararlana bilər. Əvəzində o, Spallettiyə mövsüm başına 4 milyon avro dəyərində yeni iki illik müqavilə və bonuslar təklif etmək niyyətindədir. Tərəflər yaxın aylarda danışıqlar masası arxasına əyləşəcəklər.

Aut.az

Exit mobile version