AUT.AZ

Novruz Əzimov Moldova klubunu məhkəməyə verəcək, əgər…

Ötən ilin sentyabrında “Dinamo-Avto”nun sükanı arxasına keçən və dekabrda buradan ayrılan Novruz Əzimov klub rəhbərliyindən şikayətçidir.

Belə ki, Moldova təmsilçisi onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyib.

“Bakı”nın sabiq çalışdırıcısı həm işlədiyi müddətin maaşını, həm də müqavilənin pozulmasına görə almalı olduğu təzminatı istəyir.

“Dinamo-Avto”da 1500 dollar civarında əməkhaqqı qarşılığında işləmiş mütəxəssis rəsmilərə sonuncu dəfə xəbərdarlıq edib: əgər ona çatmalı vəsait tezliklə verilməsə, FİFA-ya şikayət məktubu göndərəcək və narazılığa məhkəmə müstəvisində aydınlıq gətirəcək.

Exit mobile version