AUT.AZ

Messi Fransa millisi haqda təhqiramiz mahnı oxudu – VİDEO

Argentina millisi DÇ-2022-nin qalibi olduqdan sonra ilk yoldaşlıq görüşündə Panama üzərində qələbə qazanıb (2:0).

Aut.az xəbər verir ki, oyundan sonra sosial şəbəkələrdə “Albiseleste”nin kapitanı və PSJ-nin hücumçusu Lionel Messinin komanda yoldaşları və azarkeşləri ilə birlikdə Fransa komandasına qarşı təhqiramiz mahnı oxuduğu video yayılıb.

Argentinalı futbolçular Panama üzərində qələbədən sonra “Fransa üçün bir dəqiqəlik sükut, o öldü” mahnısını səsləndiriblər.

Qətərdə keçirilən dünya çempionatının finalında Argentina penaltilər seriyasında Fransaya qalib gəlib (3:3, 4:2).

Exit mobile version