AUT.AZ

Mahir Emrelinin klubu etiraz etdi

Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib.

Aut.az xəbər verir ki, Konya klubu bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

“Konyaspor” İntizam Komitəsi tərəfindən 612 min 500 TL məbləğində cərimələnmələrinə təəccübləndiklərini qeyd edib:

“Bunun ədalətdən uzaq olduğu açıq-aydın görünür. Biz bu cəzaları başa düşə bilmirik. Lazımi müraciətimizi Arbitraj Məhkəməsinə təqdim edəcəyik. Sonadək haqlı mübarizəmizi davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın”.

“Konyaspor” Super Liqanın 26-cı turunda “Qalatasaray”la oyunda baş verən insidentlərə görə cərimələnib.

Exit mobile version