AUT.AZ

Məvacibini verəcəklər, iş tapana qədər

Yulian Naqelsmanla müqaviləyə xitam verən “Bavariya”, yeni klub tapana qədər mütəxəssisə maaş verməyə davam edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “Twitter” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, Naqelsmanla ayrılmağa səbəb DÇ-2022-dən sonra Bundesliqada qeyri-qənaətbəxş çıxış, eləcə də futbolçuların ləng inkişafı olub.

Qətərdə keçirilən dünya çempionatından sonra “Bavariya” 9 xallıq üstünlüyünü itirib və hazırda Dortmund “Borussiya”sından bir xal geri qalaraq turnir cədvəlində ikinci yerdədir (52 xal).

Bildirilir ki, 2022-ci ilin sentyabrından işsiz olan Tomas Tuxel “Bavariya”nın yeni baş məşqçisi olacaq.

Aut.az

Exit mobile version