AUT.AZ

Bu ölkə haqqında heç nə eşitmək istəmir

“Arsenal”ın ukraynalı yarımmüdafiəçisi Aleksandr Zinçenko Rusiyada keçirdiyi vaxtı xatırlamaq istəmədiyini bildirib.

Aut.az xəbər verir ki, amma buna baxmayaraq, o, keçmiş klubu “Ufa”ya təşəkkür edib.

“Ufa”ya mənim üçün etdikləri hər şeyə görə minnətdaram. Ancaq işğal başlayandan sonra o dövr haqqında heç nə xatırlamaq istəmirəm. Düzünü desəm, bu ölkə haqqında heç nə eşitmək istəmirəm”, – deyə “DailyMail” Zinchenkodan sitat gətirib.

Zinçenko 2015-ci ilin fevralından 2016-cı ilin ortalarına kimi “Ufa”da çıxış edib, bundan sonra 2,25 milyon avroya “Mançester Siti”yə keçib. 2022/23 mövsümü başlamazdan əvvəl ukraynalı 35 milyon avroya “Arsenal”a transfer olub.

Aut.az

Exit mobile version