AUT.AZ

Belə hakimə hansı futbolçu cavab qaytarar? – FOTOLAR

Klaudiya Romani İtaliya futbolu tarixinə düşmüş qadın hakimlərdən biridir. O, A Seriyasında ədalət təmsilçisi kimi təyinat alan ilk zərif cinsin nümayəndəsi olub. Klaudiya teleaparıcı və model kimi də xeyli məşhurlaşıb.

Romani uşaqlıqdan “Milan”ın azarkeşi olub. “Qırmızı-qaralar”a olan sevgisi atası tərəfindən aşılanıb. Klaudiya indi də “rossonerilər”in çılğın fanatlarından biridir.

Ancaq onun hakimliyə də həvəsi olub. Buna görə xüsusi kurslara gedib. İlk dəfə gənclər komandalarının oyunlarını idarə etməyə başlyıb. Ardıcıl iki il əvəzedici heyətlərin matçlarında ədaləti qoruyub. Və özünü yaxşı hakim kimi tanıtmağı bacarıb.

Daha sonra Klaudiya B Seriyasında oyunları idarə etmək hüququ qazanıb. Bundan sonra isə İtaliyanın əsas çempionatı – A seriyasına yüksəlib. Lakin Romani çəkiliş meydançasında və digər layihələrdə çalışdığı üçün İtaliya futbolunun elitasında çox qalmayıb. Karyerasını erkən baş vurmağı üstün tutub.

O, hazırda Mayamidə yaşayır. Demək olar ki, İtaliyaya getmir. Ancaq futbolla əlaqəsini hələ də kəsməyib. Romani “Milan”ın ABŞ-dəkı rəsmi səfiri vəzifəsini tutur.

Aut.az 

Exit mobile version