AUT.AZ

“Bavariya”da gözlənilməz dəyişiklik

“Bayern” baş məşqçisi Yulian Naqelsmannı istefaya göndərir.

Aut.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Klubdaxili iclasda onun göndərilməsi barədə qərar qəbul edilib.

Münhen təmsilçisində yeni baş məşqçi vəzifəsinə əsas namizəd Tomas Tuxeldir. Onunla 2,5 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, “Bayern” Bundesliqada çempionluq, Almaniya kuboku və Çempionlar Liqasında qələbə uğrunda mübarizəni davam etdirir. Bundesliqada 52 xal toplayan “Bavariya” lider “Borussiya”dan (Dortmund) 1 xal geri qalır. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada “Bayer”ə 1:2 hesabı ilə uduzaraq liderliyi əldən verib.

Exit mobile version