AUT.AZ

Biri qızıl, digəri bürünc medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb. 

Aut.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.

Qadınların yarışında 52 kq-da yer alan Gültac Məmmədəliyeva isə bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Junu yenərək yarışı üçüncü sırada başa vurub.

 

Exit mobile version