AUT.AZ

43 yaşını “Opium”da qeyd etdi

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo 43 yaşını Barselonanın elit klubunda qeyd edib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.  Bildirilir ki, Ronaldinyo ad günü münasibətilə dostları ilə birlikdə elit gecə klubunda olan “Opium”a baş çəkib. Braziliya millisinin keçmiş futbolçusu səhər tezdən klubdan çox yaxşı əhval-ruhiyyə ilə çıxarkən görüntülənib.

Martın 21-də Ronaldinyonun 43 yaşı tamam olub. Xatırladaq ki, braziliyalı 2003-2008-ci illərdə “Barselona”da çıxış edib.

Aut.az

 

Exit mobile version