AUT.AZ

“Real”ın futbolçusu millimizə qarşı oynayacaq?

Avstriya millisinin lideri David Alaba martın 24-də Azərbaycan yığması ilə keçiriləcək oyunu buraxacaq.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, “Real”ın müdafiəçisi bir aydır məşqlərə başlasa da, AÇ-2024-ün seçmə mərhələsinin ilk matçında oynaya bilməyəcək.

30 yaşlı futbolçu martın 27-də Estoniya seçməsi ilə görüşə hazırlaşır. Alaba həmin qarşılaşmada yaşıl meydana qayıda bilər.

Exit mobile version