AUT.AZ

Qadın boksçumuzdan Hindistanda tarixi uğur

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva ölkənin boks tarixinə düşüb.

Aut.az xəbər verir ki, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə buna nail olub. +81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının finalçısı 1/4 finalda Selin Li-Loya (Yeni Zelandiya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, ən azı bürünc medalı təmin edib.

Rzayeva mundiallarda yarımfinala qədər irəliləyən ilk azərbaycanlı qadın boksçu olub. Yığma dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığından, boksçu 9 illik uğursuz seriyaya da son qoyub.

Aynur Rzayeva yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Exit mobile version