AUT.AZ

O da “Yunayted”ı almaq istəyir: 3 dollardan yığır

Finlandiyalı iş adamı “Mançester Yunayted”i almaq niyyətində olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, “Nokia”nın sabiq top meneceri Tomas Zilliakus klubu almaq üçün müraciət etdiyini bildirib. O, tələb olunan məbləğin yarısını azarkeşlərin ödəməsini gözlədiyini deyib:

“İstənilən idman klubu son nəticədə azarkeşlərə məxsus olmalıdır. Mənim təklifim azarkeşlərlə bərabərliyə əsaslanır.

Milyarder şeyxlərin və oliqarxların klubları satın alması və onlara uşaq meydançası kimi baxması tendensiyası sağlam deyil.

Klubun hazırkı bazar dəyəri 3,9 milyard dollardan bir qədər azdır. Mənim qrupum klubu almaq üçün lazım olan məbləğin yarısını verəcək və qalan hissəni azarkeşlərin ödəməsini xahiş edəcək. Hər bir azarkeş prosesə qoşulsa, bu, adambaşına 3 dollardan az başa gələcək”.

Zilliakus, azarkeşlərin futbol məsələlərində səs verə biləcəyi bir proqram təqdim edəcəyini də bildirib.

Aut.az

 

Exit mobile version