AUT.AZ

Futbolda şübhəli oyunlar

2022-ci ildə dünyada şübhəli idman oyunlarının sayı 33 faiz artıb.  

Aut.az xəbər verir ki, bu haqda FİFA və UEFA-nın tərəfdaşı olan İsveçrənin “Sportradar” analitik şirkətinin hesabatında bildirilir. Qurumün mütəxəssisləri ən son texnologiyalardan, o cümlədən neyron şəbəkələrdən istifadə etməklə bütün dünyada 70 idman növü üzrə 850 000 matçı izləyiblər.

Qurumun açıqladığı onluqda ilk yeri Braziliya tutur. Bu ölkədə 152 şübhəli oyun qeydə alınıb. Rusiya ikinci (92 şübhəli oyun), Çexiya üçüncü (56) yeri tutur. Qazaxıstan isə 43 şübhəli matçla dördüncü sırada qərarlaşıb.

Hesabata əsasən, 2022-ci ildə şübhəli matçların yeni rekordu müəyyən edilib. Təkcə futbolda deyil, bütün idman növləri üzrə belə oyunların sayı 2021-ci illə müqayisədə 1212 matç (34 faiz) çox olub.

Ümumilikdə, futbol ən şübhəli matçların olduğu idman növü olaraq qalır.

Exit mobile version