AUT.AZ

Finaldan sonra paltardəyişmə otağına gediblər, pivə içiblər

Uesli Sneyder 2010-cu ildə keçirilən dünya çempionatının finalından sonra Serxio Ramosun onu necə dəstəklədiyini danışıb.

2010-cu ildə İspaniya millisi finalda Niderland yığmasına qalib gələrək (1:0) turnirin qalibi olub.

– İspan futbolçuların üzündə hansı hisslər var idi?

– Bəziləri sakit idi, əla kollektivləri vardı. Penaltilər seriyasına üç dəqiqə qalmış belə oyunda məğlub olmaq çox çətin idi.

Bütün komandası bayram edəndə Serxio Ramos mənimlə birlikdə paltardəyişmə otağına getdi. Yanımda yerdə oturdu və mənimlə pivə içdi. Demək olar ki, 45 dəqiqə yanımda qaldı və mən bunu heç vaxt unutmayacağam. Hər şeyi danışdıq, o an nə qədər kədərləndiyimi bilirdi.

İnsanlar məndən həmin Dünya Kuboku ilə bağlı soruşanda, yadıma düşən ilk şey bu olur.

– Gördüyünüz ən yaxşı İspaniya yığması o idi?

Bizim elə də yaxşı komandamız yox idi, onlarda isə Xavi, İnyesta, Buskets, Villa var idi… Onu da deyə bilərəm ki, finalda gördüyüm ən yaxşı komandaya uduzduq.

Aut.az

Exit mobile version