AUT.AZ

Felipe Rusiya klubunda

Braziliya millisinin sabiq forvardı Andre Felipe Rusiyanın “Torpedo” klubu ilə anlaşıb.

Aut.az xəbər verir ki, 32 yaşlı forvard 21 nömrəli formanı geyinəcək.

Müxtəlif vaxtlarda “Dinamo” (Kiyev), “Santos”, “Atletiko Mineyro”, “Korintians”, “Qremio” (hamısı Braziliya), “Bordo” (Fransa), “Sportinq” (Portuqaliya) və “Qaziantep” (Türkiyə) forması geyinmiş cənubi amerikalının müqaviləsinin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, “Torpedo” Rusiya Premyer Liqasının turnir cədvəlində sonuncu – 16-cı yerdədir. Moskva komandası 20 tura cəmi 10 xal toplaya bilib.

Exit mobile version