AUT.AZ

Dünyanın ən yaxşı gənc baş məşqçiləri: Siyahıda rəqibimiz də var

“FourFourTwo” nəşri yaşı 40-ı keçməyən məşqçilərin dünya reytinqini hazırlayıb.

Aut.az xəbər verir ki, “Bayern Münhen”in 35 yaşlı çalışdırıcısı Yulian Naqelsmann siyahıya başçılıq edir.

“Sportinq”in portuqaliyalı baş məşqçisi Ruben Amorim (38 yaş) 2-ci pillədədir. 3-cü yeri millimizin Avro-2024-ün seçmə mərhələsindəki rəqibi – Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko (37 yaş) tutur.

Vensan Kompani (Börnli, 36), Mattias Yaysle (“Zalsburq”, 34), Uilyam Still (“Reyms”, 30), Ueyn Runi (Di Si Yunayted, 37) də siyahıda yer  alıblar.

Exit mobile version