AUT.AZ

“Beşiktaş”ın “itkin” düşən futbolçusu tapıldı

“Beşiktaş”ın yarımmüdafiəçisi Dele Alli Türkiyə klubunun futbolçu ilə əlaqə saxlaya bilmədikləri haqda məlumatına  münasibət bildirib.

“Salam, uşaqlar. Çoxlu mesajlar aldım və bəzi şeylərə işıq salmaq istəyirəm. Klub bu gün həkimə müraciət etməyimə icazə verib. Həmişəki kimi sabah məşqə qayıtmalıyam”, – deyə Alli sosial şəbəkədə yazıb.

Daha əvvəl “qartallar”ın çalışdırıcısı Şenol Günəş klubun ingilisə məzuniyyət verdiyini, lakin onun təyin olunan vaxtda qayıtmadığını bildirmişdi.

Böyük ehtimalla, “Everton”dan icarəyə götürülən ingilis yarımmüdafiəçi daha Türkiyə komandasında oynamayacaq və İstanbulu tərk edəcək.

Aut.az

Exit mobile version