AUT.AZ

Beş futbolçu yığmanın düşərgəsini tərk etdi

Aut.az xəbər verir ki, komandanın beş futbolçusu virus infeksiyasına yoluxduğu üçün düşərgəni tərk etmək məcburiyyətində qalıb.

Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sven Botman (“Nyukasl”), Kodi Qakpo (“Liverpul”), Mateys de Liqt (“Bayern”), Coui Verman (PSV) və Bart Verbrugen (“Anderlext”) yığmadan ayrılıb. Onların əvəzində Rayan Qravenberx (“Bayern”), Kyell Sxerpen (“Vitess”) və Stefan de Vrey (“İnter”) yığmaya dəvət alıblar.

Niderland yığması martın 24-də Fransa millisinin qonağı olacaq, ayın 27-də isə Cəbəllütariqi qəbul edəcək.

Exit mobile version