AUT.AZ

“Barsa”nı FİFA-ya “satmağa” hazırlaşır

La Liqa “Barselona”dan FİFA-ya şikayət edə bilər.

Aut.az AS nəşrinə istinadən xəbər verir ki, liqa rəhbərliyi kataloniyalıların hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödəməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyasına müraciət etməyi düşünür.

Milli liqaların FİFA ilə birbaşa əlaqəsi yoxdur. İspaniya Kral Futbol Federasiyası bununla məşğul olmazsa, La Liqa yaxın gələcəkdə materialların ötürülməsinin yolunu tapmağa hazırdır.

Bu halda ya “Barselona”nın xalları silinəcək, ya da ya da aşağı diviziona göndəriləcək.

Aut.az

Exit mobile version