AUT.AZ

50 milyon qopartmaq istəyir

“Roma”nın hücumçusu, əvvəllər “Yuventus”da çıxış etmiş Paulo Dibala keçmiş klubundan 50 milyon avro almaq üçün məhkəməyə müraciət edə bilər.

Au.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb. Mənbənin sözlərinə görə, Dibalanın potensial iddiası ötən mövsümün sonunda “Yuventus”dan azad agent kimi argentinalının daha əvvəl Turin klubu ilə müqaviləni uzatmaq üçün prinsipial razılığa gəlməsi ilə bağlı ola bilər. Müqavilə 5 illik nəzərdə tutulmuşdu. Amma sonradan “Yuve” rəhbərliyi fikrini dəyişdi və hücumçu ilə müqaviləni yeniləmədi.

Dibala 50 milyon avro almaq niyyətindədir ki, bu da “Yuventus”un vəd etdiyi beş illik müqavilə ilə “Roma” ilə üç illik müqavilə arasındakı fərqdir.

Aut.az

Exit mobile version