AUT.AZ

Qapıçıdan möhtəşəm qol – VİDEO

Çilinin “Kobresal” klubunun argentinalı qapıçısı Leandro Requena möhtəşəm qola imza atıb. 

Aut.az xəbər verir ki, o, “Kolo-Kolo” ilə Çili çempionatının oyununun 77-ci dəqiqəsində qapı sahəsindən güclü zərbə endirib və top rəqib qapısından keçib. Requenanın qolu təqribən 101 metr məsafədən vurulub. Bu o deməkdir ki, mütləq rekord qeydə alına bilər.

Daha əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən vurulan qol 96,01 metrdir. Bu “Nyuport”da çıxış edərkən fərqlənən Tom Kinqə məxsusdur.

Klub sözügedən qolu Ginnesin Rekordlar Kitabı üçün təqdim edəcəyini açıqlayıb.

Exit mobile version