AUT.AZ

Mourinyonu yıxıb-sürüdü

Antonio Kassano “Roma”nı İtaliya futbolu üçün biabırçılıq adlandırıb.

Aut.az xəbər verir ki, İtaliya yığmasının sabiq futbolçusu “canavarlar”ın baş məşqçisi Joze Mourinyonu da kəskin tənqid edib.

“Toqquşmalar, jestlər, təhqirlər… Danışmağa nə var? Hər oyunda onların bütün ehtiyat oyunçular skamyasının meydançaya qaçmasını izləməliyəm. Bu, İtaliya futbolu üçün biabırçılıqdır. İkinci yeri tuta bilərdilər, amma Mourinyo gələndən bəri heç nə göstərmir, vəziyyət getdikcə daha da pisləşir.

“Roma” və Dibala acınacaqlı görünərkən, “Latsio” öz işində idi,  oyun planlarını yerinə yetirmək üçün mübarizə aparırdı”, – deyə Kassano Bobo TV-yə bildirib.

Aut.az

Exit mobile version