AUT.AZ

Hücuma keçirlər – Hədəfdə jurnalistlərdir

“Barselona” qalmaqallı Kaso Neqreyra işi ilə bağlı hücum taktikasına keçib.

Aut.az xəbər verir ki, “Barsa” jurnalistləri məhkəməyə verir. Bu barədə “Marca” məlumat yayıb.

Hakim qalmaqalının ortaya çıxmasından sonra imicini qorumaq üçün klub artıq beş məhkəmə iddiası qaldırıb. “Barsa”nın  prezidenti Joan Laporta xəbərdarlıq edib: “Reputasiyamıza və “Barselona”nın imicinə xələl gətirməyə çalışan hər kəs sərt şəkildə cavabını alacaq”.

Artıq proses başlayıb və Neqreyra işini klubun bəyənmədiyi şəkildə işıqlandıran jurnalistlərə və nəşrlərə qarşı məhkəmə iddiası qaldırılıb. Hazırda beş ərizənin verildiyi məlumdur, lakin vəkillər daha bir neçə ərizə hazırlayır. Nəşrin məlumatına görə, daha dördü cümə axşamı təqdim olunacaq, daha beşi isə hazırlıq mərhələsindədir.

Jurnalistlərin və nəşrlərin adları hələlik istintaqın maraqları baxımından açıqlanmayıb.

Aut.az

Exit mobile version