AUT.AZ

“Qalatasaray”a transfer qadağası qoyuldu

Türkiyənin “Qalatasaray” klubuna transfer qadağası qoyub.

Aut.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin sabiq futbolçusu Sofyan Fequliyə ödənişləri etməməsidir. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Fequli pulunu ala bilmədiyi üçün “Qalatasaray”ı FIFA-ya şikayət edib. Ali futbol qurumu “sarı-qırmızılar”ın sabiq oyunçusuna 1,6 milyon avro ödəməli olduğuna qərar verib.

“Qalatasaray” bu məbləği ödədikdən sonra transfer qadağası aradan qalxacaq.

Exit mobile version