AUT.AZ

Müzakirələr başladı

Gələn mövsümdən La Liqada ofsaydın müəyyənləşdirilməsi üçün yarımavtomatik sistem tətbiq edilə bilər. 

Aut.az xəbər verir ki, informasiyanı COPE yayıb.

 

Mənbə La Liqa rəhbərliyi hazırda bu texnologiyanın tətbiqi ilə bağlı İspaniya Kral Futbol Federasiyası ilə müzakirələr apardığını vurğulayıb. Xəbərə görə, hər stadionda meydandakı futbolçuların yerini dəqiq müəyyənləşdirəcək 12 kameranın quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, hazırda ofsaydın müəyyənləşdirilməsi üçün yarımavtomatik sistem Avropa liqaları arasında yalnız İtaliya A Seriyasında istifadə olunur.

Exit mobile version