AUT.AZ

Əliyar Ağayev Bolqarıstan millisinin oyununu idarə edəcək

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Aut.az xəbər verir ki, 36 yaşlı referi AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

Ağayev G qrupunun Bolqarıstan – Monteneqro matçını idarə edəcək. Ona həmin oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Bolqarıstan – Monteneqro matçı martın 24-də, “Ludoqorets Arena”da keçiriləcək.

Exit mobile version