AUT.AZ

Yoxlama başladı: Kazbek Tuayevin milyonları hara xərclədiyi araşdırılır

Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerini itirib.

O, ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postundan uzaqlaşdırılıb.

30 ildən artıqdır adıçəkilən mərkəzə rəhbərlik edən Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş senzini əsas götürüb. «Neftçi»nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.

Artıq nazirlik tərəfindən adıçəkilən mərkəzdə maliyyə yoxlaması başlayıb. Tuayevin dönəminə aid bütün sənədlər incələnir, bu illər ərzində ora ayrılan vəsaitin istiqaməti üzrə xərlənib-xərclənməməsi araşdırılır.

Artıq bəzi maraqlı faktların üzə çıxmasına dair qeyri-rəsmi xəbərlər var.

 

Exit mobile version