AUT.AZ

Sadıqov onu qovur, Rəşidi gətirir

“Ximki” baş məşqçi Spartak Qoqnievi istefaya göndərmək variantını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, bu barədə “Çempionat”a vəziyyətlə tanış olan mənbə bildirib.

“Hazırda Qoqniyevin istefası ciddi şəkildə nəzərdən keçirilir. “Ximki”nin əsas investoru Tufan Sadıqov komandaya rəhbərlik etməsi üçün artıq Rəşid Rəhimovla danışıqlar aparır. Serbiyalı mütəxəssislərdən biri ilə də danışıqlar gedir”, – deyə mənbə əlavə edib.

Rusiya Premyer Liqasının 20-ci turunda azlıqda qalan “Ximki” “Rostov”a minimal hesabla (0:1) uduzub. Klub 20 matçda 13 xal toplayaraq sondan əvvəlki, 15-ci pillədə qərarlaşıb. Növbəti turda “Ximki” “Krasnodar”la qarşılaşacaq.

Aut.az

Exit mobile version