AUT.AZ

Qiymətləndirmə: Kurtua 9, Kərim 0…

As nəşri “Real”ın futbolçularının “Barselona” ilə matçda performansını qiymətləndirib.

Aut.az xəbər verir ki, “Real”ın futbolçuları arasında qapıçı Tibo Kurtua ən yaxşı hesab olunub – 10 baldan 9 xal.

Nəşr Vinisius Juniorun performansını 8 balla qiymətləndirib. İkinci hissədə əvəzetmədən meydana çıxan Eder Militao və Dani Seballos, Rodriqo Qoes və Marko Asensio hərəyə 6 xal toplayıb.

Antonio Rüdiger, Eduardo Kamavinqa və Aurelien Tçuameni hərəyə 5 xal, Naço Fernandes və Toni Kroos hərəyə 4 xal, Daniel Karvaxal, Federiko Valverde və Ferland Mendi hərəyə 3 xal, Luka Modriç 2 xal toplayıb.

“Real” oyunçuları arasında ən pis Kərim Benzema hesab edilib – – 0 xal.

La Liqanın 26-cı turunda “Kamp Nou”da keçirilən “El klassiko”da “Barselona” 2:1 hesabı ilə qalib gəlib.

Aut.az

 

Exit mobile version