AUT.AZ

Gerye yenidən Qurban Qurbanovun sərəncamında

“Qalatasaray”la dostluq matçı keçirəcək “Qarabağ”ın futbolçu azlığına görə başqa klublardan heyətə oyunçu çağıracağını xəbər vermişdik. Artıq onlardan biri məlumdur.

Aut.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Donald Gerye bu oyun üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Bu barədə məlumatı futbolinfo.az-a haitili müdafiəçinin özü təsdiqləyib.

O bildirib ki, martın 26-da Bakı Olimpiya Stadionunda baş tutacaq oyunda “Qarabağ”ın heyətində olacaq.

Exit mobile version