AUT.AZ

Gedir? – Abbas cavab verdi

“Liverpul”un hücumçusu Məhəmməd Salahın sözçüsü Rami Abbas İsa futbolçunun bu yay komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.

“Əgər Məhəmmədlə mən bunu müzakirə etməmişiksə, siz haradan əldə edibsiniz? Zəhmət olmasa, bizə də məlumat verin”, – İsa “Tvitter” hesabında yazıb.

Daha əvvəl 30 yaşlı Salahın yay transfer pəncərəsində “Liverpul”u tərk etmək niyyətində olduğu bildirilmişdi. Misirlinin karyerasını İspaniya çempionatında davam etdirməyə üstünlük verdiyi vurğulanır.

Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Hücumçu bu mövsüm Premyer Liqada 26 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version