AUT.AZ

Dünya çempionunu qovdular

epa06250569 Assistant coach Miroslav Klose prepares the pitch for a training session of the German natioanl soccer team in Mainz, Germany, 07 October 2017. Germany will play against Azerbaijan on 08 October 2017 in a FIFA World Cup 2018 qualifying match. EPA-EFE/RONALD WITTEK

Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze təyinatından 8 ay sonra Avstriyanın “Altax” klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

Aut.az xəbər verir ki, bu barədə klubun idman direktoru Georq Feştetiş məlumat verib.

“Təhlil zamanı qərara gəldik ki, liqada qalmaq məqsədimizə çatmaq üçün komandaya yeni təkan lazımdır. Miroslavda məşqçi kimi böyük uğur qazanmaq üçün bütün ilkin şərtlər var. Klubun maraqlarının həmişə diqqət mərkəzində olduğu əməkdaşlığa görə ona minnətdarlığımı bildirmək istəyirəm”, – “Bild” Festetiçdən sitat gətirir.

“Altax” 22 oyundan 17 xal toplayaraq Avstriya Bundesliqasında sonuncu, 12-ci yerdədir. Kloze 2014-cü ildə dünya çempionu olub.

Aut.az

Exit mobile version