AUT.AZ

Bolt əfsanə ilə nəyi müzakirə edir? – FOTO

Səkkizqat olimpiya çempionu, yamaykalı sprinter Useyn Bolt sosial şəbəkədə “Mançester Yunayted”in əfsanəsi Ser Aleks Ferqyusonla çəkdirdiyi fotosunu paylaşıb.

Aut.az xəbər verir ki, Fotoda Bolt daha iki kişi ilə birlikdə mankunianların 81 yaşlı əfsanəsi ilə nəyisə müzakirə edir.

“Ser Aleks” – Bolt sosial şəbəkələrdə GOAT (bütün zamanların ən böyüyü) kimi şərh edilən və tərcümədə “tarixin ən böyük” mənasını verən emojini əlavə edərək yazıb.

Maraqlıdır ki, fotoda Britaniya idmanının daha bir əfsanəsi – 2014-cü ildən Snooker Şöhrət Zalının üzvü olan Şimali İrlandiyalı keçmiş peşəkar snookerçi Dennis Teylor (Bolt və Ferqyusonun arxa fonunda) da görünür.

Aut.az

Exit mobile version