AUT.AZ

Azərbaycanlı güləşçi ermənilərdən üzr istəyib?

“Diskvalifikasiyadan sonra azərbaycanlı güləşçi məşqçisi ilə bizə yaxınlaşaraq üzr istədi”.

Aut.az xəbər verir ki, bu sözləri Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi Armen Babalaryan jurnalistlərə müsahibəsində deyib.

“Karapet Manvelyanın azərbaycanlıdan güclü olduğu aydın idi. Bəlkə də azərbaycanlı məğlubiyyəti həzm edə bilmədi. Karapet əlini uzatdı, o isə onun əlini itələdi, vurdu.

Diskvalifikasiyadan sonra azərbaycanlı məşqçisi ilə yanımıza gələrək üzr istədi. Ona siyasətlə idmanı qarışdırmamağı tövsiyə etdim. İdmançı öz işini görməlidir”, – deyə Armen Babalaryan bildirib.

Qeyd edək ki, Karapet Manvelyan Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının 1/4 finalında azərbaycanlı Rəhim Həsənova qalib gəlib – 7:1.

Aut.az

 

Exit mobile version