Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş U-23 Avropa çempionatında komanda hesabında birinci yeri tutublar.
Aut.az xəbər verir ki, yığma yarışı ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Toplamda 140 xal toplayan yığma həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, bu kollektiv ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Qeyd edək ki, Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.