AUT.AZ

Anasını evdən qovdu, qazaxıstanlı modellə eşq yaşayır – FOTOLAR

Eynzli Maitland-Nails bir vaxtlar “Arsenal”ın gənc ulduzlarından biri hesab edilirdi. Ancaq o, gözləntiləri reallığa çevirə bilmədi. “Topçular”ın yetirməsi indi icarə əsasında klub dəyişməklə məşğuldur. O, bu dönəmdə Katya Yekaterina adlı modellə tanış olub.

Katya özü haqqında məlumatları paylaşmağı sevmir. Lakin Qazaxıstanlı olduğu, uzun müddət İngiltərə və ABŞ-də yaşadığı məlumdur. Erkən yaşlarından modelliklə məşğul olur. 2021-ci ildə isə futbolçu ilə tanış olub.

Bir il sonra cütlüyün ataya çox bənzəyən övladı olub. Bunun şərəfinə futbolçu xanımına “Katya Maitland-Niles” yazısı olan brilyant qaşlı boyunbağı hədiyyə edib. Onların münasibətlərini rəsmiləşdirdiyi haqda məlumatlar var. İddia edilir ki, nişan və toy mərasimləri də baş tutub. Ancaq cütlük həmin tədbirlərdən fotoların yayımlanmasına imkan verməyib.

Uğurlu eşq hekayəsinə rəğmən, futbolçunun karyerasında işlər heç də yaxşı getmir. Ötən il Joze Mourinyonun çalışdırdığı “Roma”da icarə əsasında çıxış edən Enzli cəmi 8 oyunda meydana çıxa bilib. İndi o, “Sauthempton”u Premyer Liqada saxlamağa çalışır.

Ancaq Anzli Maitland-Niles-in həyatında çox qəribə bir hekayə var. 2018-ci ildə məlum olub ki, anası avara həyat tərzi keçirir və metal konteynerdə gecələyir. Hər gün minlərlə funt qazanan bir şəxsin ailəsində bu necə mümkündür? “Oğlum mənə iki həftəlik maaşla mənzil ala bilər. O, “Arsenal”da oynadığı müddətdən beləyəm. Bu dəhşətlidir. Mən, sadəcə nəyi səhv etdiyimi bilmək istəyirəm”, – deyə futbolçunun anası bildirib.

Futbolçunun anası ilə əlaqələrini necə tamamilə pozmağa qərar verdiyini təsəvvür etmək çətindir, lakin bunun səbəbi var. Culi əvvəllər təkcə ana deyil, həm də Meytlend-Nilesin agenti idi. O, bu işim öhdəsindən heç də gələ bilmirdi. Əvvəlcə “İpsviç”in menecerilə mübahisə etməklə gündəmə gəldi. Daha sonra isə “Arsenal”ın iki əməkdaşına hücum etdi. Nəticədə London klubu onu arzuolunmaz şəxslərin siyahısına saldı. “Topçular”ın bazasına yaxınlaşması qadağan edildi. Təəssüf ki, anasının bu cür “qayğı”sı onun karyerasına xələl gətirdi. Anzli bu hadisədən sonra əsas heyətdə olmadı. Onun incikliyini başa düşmək olar, amma baş verənləri anlamaq çox çətindir.

Aut.az 

Exit mobile version