AUT.AZ

Türkiyə himni təcili yardım maşınından səsləndirildi

Türkiyə II Liqasının “Bursaspor” – “Ankaraspor” matçından (0:1) öncə maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, azarkeşsiz oynanılan qarşılaşmanın start fitindən əvvəl stadionun səs gücləndiricilərin problem yaranıb. Buna görə də Türkiyənin dövlət himni təcili tibbi yardım maşınından səsləndirilib.

Qeyd edək ki, “Bursaspor”a 24-cü turun “Amedspor”la matçında baş verən olaylara görə  7 oyunluq azarkeşsiz oynamaq cəzası verilib.

Exit mobile version