AUT.AZ

Şehiçlə Muslera belə əlbəyaxa oldu – Video

Türkiyə Superliqasının 26-cı turunda “Konyaspor” – “Qalatasaray” oyunundan (2:1) sonra qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, buna səbəb meydan sahiblərinin qapıçısı İbrahim Şehiçin komandasının qələbə qolunun ardından İstanbul təmsilçisinin fanatlarına “sus” işarəsi göstərməsi olub.

Sabiq “Qarabağ”lının bu hərəkəti “Qalatasaray”ın qolkiperi Fernando Musleranı əsəbiləşdirib. Daha sonra Şehiç və Muslera arasında münaqişə yaşanıb.

Həmin vaxt komandaların digər futbolçuları, texniki heyətlər onları ayırıblar.

 

   
Exit mobile version