AUT.AZ

Ronaldodan nümunə götürür: Yükü azaldacaq

“Real”ın hücumçusu Kərim Benzema yüksək səviyyədə çıxışını davam etdirmək üçün iş yükünü xeyli azaldacaq.

Fransalı hücumçu İspaniya çempionatında və Çempionlar Liqasında əsas rəqibləri ilə matçlara hazır olmaq üçün Kriştiano Ronaldodan nümunə götürür. O, “Real”ın əz əhəmiyyət kəsb edən səfər oyunlarını buraxacq. Ronaldo da bu plandan yararlanıb.

“Relevo”ya görə, Benzema hesab edir ki, yüklənmənin azalması onun mövsümün sonuna qədər yaxşı formada qalmasına imkan verəcək.

Klubda hər kəs, o cümlədən digər oyunçular Benzemanın təşəbbüsünü bəyənirlər. Çünki mövsümün ən vacib anlarında onu itirmək istəmirlər.

Bu mövsüm Benzema Madrid klubunun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version