AUT.AZ

Qorxdu, “el klasiko”ya gəlməyəcək

“Real”ın prezidenti Florentino Peres “el klasiko” üçün Barselonaya gəlməyəcək.

Aut.az xəbər verir ki, “el klasiko” bu gün – martın 19-da keçiriləcək. “El Mundo” bildirir ki, Florentino Peres 2000-ci ildə Luiş Fiqonun qalmaqallı transferindən sonra keçirilən ilk oyunu belə buraxmasa da, bu dəfə “Kamp Nou”da görünməmək qərarına gəlib.

Klub hesab edir ki, “Real”ın “Barsa”nın məhkəmə işinə qoşulması düşmənçilik əhvalı yaradıb və bu da stadiondakı ab-havaya təsir edəcək. Ona görə də risk etməmək qərarı verilib. Bundan əvvəl Peres və “Barselona”nın prezidenti Joan Laporta ənənəvi birgə nahardan imtina ediblər.

Aut.az

Exit mobile version