AUT.AZ

Molla rejimi qadınları bu oyunlarda stadiona buraxacaq

İranda qadın azarkeşləri Rusiya və Keniya ilə yoldaşlıq görüşlərində stadiona buraxacaqlar.

Aut.az xəbər verir ki, bu barədə “MahrNews” İran Futbol Federasiyasına istinadən məlumat yayıb.

“Ümid edirik ki, iranlı xanım azarkeşlər hər iki yoldaşlıq görüşündə iştirak edə biləcəklər. Hazırda qadınların idmanla məşğul olmasına qadağa yoxdur. Mən liqa təşkilatçılarından da qadınları stadionlara gətirməyə çalışmalarını xahiş edirəm. Ümid edirəm ki, Rusiya ilə oyun azarkeşlərin gələ biləcəyi ilk oyun olacaq”, – deyə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.

İran millisi Rusiya (23 mart) və Keniya (28 mart) milli komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Aut.az

Exit mobile version