AUT.AZ

“Gəncə” qələbə qazandı

Azərbaycan Basketbol Liqasının 22-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, turun son matçında bu gün “Olimpik Şəki” doğma meydanda “Gəncə”ni qəbul edib. Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma gəncəlilərin 94:77 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ən məhsuldar basketbolçuları “Olimpik Şəki”dən Larri Robinson (20 xal, 8 ribaund), “Gəncə”dən isə Kollin Törner (20 xal, 8 asist) olublar.

Exit mobile version