AUT.AZ

Danışıqları dayandırıb, bilmək istəyir ki…

Lionel Messinin PSJ ilə müqaviləni hələ də uzatmamasının səbəbi bəlli olub.

Aut.az xəbər verir ki, o, klubun gələcəyə hesablanmış layihəsi ilə bağlı şübhəlidir.

Bu iddianı jurnalist Fabritsio Romano yayıb. Onun sözlərinə görə, PSJ artıq Messiyə müqavilənin uzadılmasını təklif edib.

Dekabrda tərəflər müqavilənin uzadılması ilə bağlı şifahi razılığa gəlib və yeni müqavilənin detallarını müzakirə etmək üçün gözləmək qərarına gəliblər.

Bu məsələ ilə bağlı fevralda baş tutan ilk görüşdə tərəflər tam razılığa gələ bilməyiblər və bu, təkcə məsələnin maliyyə tərəfi ilə bağlı deyil.

Messi növbəti mövsümdə klubun necə olacağını anlamaq istəyir: hansı futbolçular gedəcək, məşqçi qalacaq, ya qalmayacaq. Leo yeni müqavilənin müddətini müzakirə etməyə daha çox vaxt ayırmaq istəyir. Bununla bağlı tərəflər daha bir neçə görüş keçirməli olacaqlar. Messi Avropada qalmaq niyyətindədir.

35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version