AUT.AZ

Dadaşovun komandası səfərdə qələbə qazandı

Futbol üzrə İsveçrə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Sion”un qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 24 yaşlı forvardın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 31-ə yüksəldən “Qrasshopper” tunrir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Exit mobile version