AUT.AZ

Arvadını bu gözəlçəyə görə atıbmış – FOTOLAR

Beş qat İspaniya çempionu, “Barselona”nın heyətində iki dəfə  Çempionlar Liqasının qalibi olmuş Mark Bartra bir müddət əvvəl məşhur model Jessika Qoykoçeo ilə görüşdüyünü açıqlamışdı.

Aut.az xəbər verir ki, “Trabzonspor”un 32 yaşlı müdafiəçisi 8 illik evlilikdən sonra il yarım əvvəl jurnalist Melissa Ximenezdən boşanıb. İndi onun yeni sevgisi var – 26 yaşlı sarışın, tez-tez açıq-saçıq paltarlarla podiumda parlayır.

Jessika təkcə məşhur model deyil, həm də dizaynerdir. Keçən həftə o, Rəqəmsal Sahibkarlıq kateqoriyasında Idolo Mükafatlarından nüfuzlu mükafat alıb. Madriddə keçirilən mükafatlandırma mərasimində model birmənalı qarşılanmayan açıq libasda görünüb.

Mark sevgilisinin geyimini bəyənib və sosial şəbəkədəki səhifəsində Cessikanın paylaşımının altına təbrik yazıb.

Exit mobile version