AUT.AZ

“Əl-Nəsr” qalib gəldi: Ronaldo ötən ilin aprelindən bəri ilk dəfə… – VİDEO

Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əl-Nəsr” “Əbha”nı qəbul edib.

Aut.az xəbər verir ki, meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıblar.

36-cı dəqiqədə Əbdülfəttah Adəm qonaqları hesabda önə keçirib. 79-cu dəqiqədə Kriştiano Ronaldo cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. 86-cı dəqiqədə Anderson Taliska 11 metrlik zərbə ilə “Əl-Nəsri” hesabda irəli çıxarıb.

Ronaldo üç matçlıq qolsuzluq seriyasını qırıb. O, 2022-ci ilin aprelindən bəri ilk dəfə cərimə zərbəsindən qol vurub.

“Əl-Nəsr” 49 xal toplayıb və “Əl-İttihad”dan 1 xal geri qalaraq ikincidir.

 

 

Exit mobile version