AUT.AZ

Videosu yayıldı, biseksual olduğunu etiraf etdi

Tanınmış MMA döyüşçüsü Cef Molina biseksuallığını etiraf edib.

Aut.az xəbər verir ki, 25 yaşlı amerikalı idmançı onun iştirakı ilə çəkilən intim video sosial şəbəkələrdə yayımlandıqdan sonra bunu etiraf edib. O əlavə edib ki, LGBT icmasına qoşulduğuna görə deyil, bacarıqları və nailiyyətləri ilə tanınmaq istəyir.

Ağır çəkili UFC çempionunun hazırda aktivində 11 qələbə və iki məğlubiyyət var. O, son döyüşündə Qazaxıstan təmsilçisi Jalqas Jumaqulovu məğlub edib.

Cef 25 yaşlı rusiyalı tennisçi Daria Kasatkina ilə sevgilidir.

Exit mobile version