AUT.AZ

Ürəyi sözünə baxmadı: Karyerasını bitirdi

“Qremio”nun yarımmüdafiəçisi, daha əvvəl “Liverpul” və “Latsio”da çıxış etmiş Lukas Leyva səhhətində yaranan problemlərə görə karyerasını başa vurduğunu açıqlayıb.

2022-ci ilin dekabrında Braziliya millisinin 36 yaşlı sabiq oyunçusu ürək ritminin pozulması səbəbindən mövsümün hazırlığını yarımçıq qoymuşdu.

Aut.az xəbər verir ki, “Football Italia” Leyvanın sözlərindən sitat gətirib: “Bu üç ay ərzində klubun mənə göstərdiyi bütün dəstəyə görə “Qremio”ya təşəkkür etmək istəyirəm. Bu gün karyeramı bitirdiyimi elan edirəm. Çətin bir dövr idi və məncə, ilk dəfədir ki, məni ağlayan görürsünüz.

Bitirmək istədiyim yerdə bitirirəm, amma istədiyim kimi deyil. Amma əminəm ki, indi qarşımda yeni səhifə açılacaq. Vəziyyətin yaxşılaşacağına ümid edirdim, amma olmadı. Sağlamlıq hər şeydən üstündür”.

Leyva İngiltərə Liqa Kubokunun, İtaliya Kubokunun sahibi və İtaliya Superkubokunun ikiqat qalibidir. Braziliya milli komandasının tərkibində 2008-ci ildə Çində keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı oldu.

Aut.az

 

Exit mobile version