AUT.AZ

“Sampdoriya”nı talayan afrikalılara Rusiyada hökm oxundu

Sankt-Peterburqun Puşkinski Rayon Məhkəməsində Afrikadan olan 4 fırıldaqçının “Sampdoriya” klubundan 800 min avrodan çox pul oğurlaması barədə iş başa çatıb.

İstintaq müəyyən edib ki, Sankt-Peterburqda yaşayan müttəhimlər 2021-ci ildə “Sampdoriya”nın Danimarka “Norşelland”ından futbolçu transfer etmək istədiyi haqda məlumat əldə ediblər.

Onlar saxta sənədlərdən istifadə etməklə Sankt-Peterburq bankında hesablar açıb, qondarma blanklar düzəldib Danimarka klubunun rekvizitlərini özlərininki ilə əvəzləyiblər.

Daha sonra “Norşelland”ın rəsmi ünvanına vizual olaraq oxşayan elektron poçt ünvanından istifadə edərək, “Sampdoriya”ya məktub göndəriblər və xahiş ediblər ki, köçürmə bu hesaba edilsin.

Bu yolla fırıldaqçılar 812 min avro oğurlayıblar. Qanya Uaziyu pulları öz hesablarına yerləşdirib və onlardan ümumi məbləği 1,1 milyon rubl olan kreditlərin faizlərini ödəmək üçün istifadə edib.

Məhkəmə Uaziyunu 5 il, Qabriel Omisoreni 4 il 7 ay, Peter Şomyeni isə 4,6 il həbs cəzasına məhkum edib. Şoqun Şoqo 40 min rubl cərimələnərək həbsdən azad edilib.

Aut.az

Exit mobile version